Zaur Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil
13:57 04.11.2025
Cənubi Qafqaz
403
“Azərbaycan ümid edir ki, ABŞ ölkənin əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz keçidin təşkilinə yardım göstərmək məsuliyyətini öz üzərinə götürəcək”.
Teleqraf xəbər verir ki, bunu azərbaycanlı ekspert, Karneci Berlin Mərkəzinin elmi işçisi Zaur Şiriyev İrəvanda keçirilən “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” Forumundan sonra jurnalistlərə deyib.
Jurnalistlərin Bakıda “maneəsiz keçid” ifadəsinin necə başa düşüldüyü barədə sualına cavab verən Şiriyev qeyd edib ki, konkret təfərrüatlar əməli mərhələdə aydın olacaq:
“Hələlik bunun tam olaraq nə demək olduğunu irəlidən söyləmək mümkün deyil, proses həyata keçirilərkən bəlli olacaq”.
Zaur Şiriyev əlavə edib ki, Zəngəzur dəhlizi termini Azərbaycanda mənfi məna daşımır - Ermənistanda formalaşmış təsəvvürün əksinə olaraq. Onun sözlərinə görə, söhbət təkcə TRIPP marşrutundan deyil, bütövlükdə regionda genişmiqyaslı nəqliyyat əlaqələrindən gedir.
“Zəngəzur dəhlizi daha geniş anlayışdır və TRIPP-ə (və ya “Tramp yolu”na) aid deyil. Ermənistandan fərqli olaraq, onun bizdə mənfi mənası yoxdur. Dəhliz termini dedikdə, Ermənistanda başqa cür, Azərbaycanda isə başqa cür qəbul edilir”, - ekspert söyləyib.
O həmçinin qeyd edib ki, keçidin formatı və mexanizmləri müəyyən edilərkən avqustun 8-də imzalanmış Vaşinqton bəyannaməsi nəzərə alınmalıdır.
“Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır - keçidin rəvan və sürətli olması. Vacibdir ki, 40 ilə yaxındır davam edən münaqişə nəticəsində əziyyət çəkən naxçıvanlılar buradan fayda görsünlər. Onlar da iki ölkə arasında sülhün bəhrəsini görməyə layiqdirlər”, - Z.Şiriyev vurğulayıb.
Qeyd edək ki, forum avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması kontekstində Cənubi Qafqazda yeni yaranmış vəziyyətin müzakirəsinə həsr olunub. Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan tədbirdə Azərbaycan və Türkiyədən media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyini açıqlayıb. Ermənistan Baş naziri Nikol Paşinyan forumda çıxış edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya