372 gün suyun altında qaldı -İzlənən video heyrətləndirdi
10:28 06.09.2024
Dünya
424
Türkiyənin Adana bölgəsində ailəsi ilə gəzintiyə çıxan Salih Yavuz dərədəki çayda çimərkən suyun dibində cib telefonu tapıb. Cihazı idarə etməyi bacaran Yavuz telefonda ən son çəkilən videoya baxanda heyrətlənib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, 2023-cü ilin avqust ayında Karaisalı rayonundakı Dokuzoluk Kanyonundakı düşərgəyə dostları ilə gələn Əmrəcan Nakit cib telefonu ilə görüntülər çəkərək suya atılıb. Suda mobil telefon əlindən sürüşüb və suyun içində itib. Bir il sonra mobil telefon təmirçisi Salih Yavuz ailəsi ilə birlikdə həmin kanyona piknikə gedib. Yavuz sərinləmək üçün suya girib və ayağına ilişmiş telefonu götürüb təmir edib. Salih Yavuz: “çimərkən ayağıma bir əşya ilişdi. Bunun telefon olduğunu anlayanda çətin də olsa onu sudan çıxartdım. Baxdım ki, telefonun içi suyla dolub. Telefonu dəsmala büküb çantama qoydum. Bir telefon adamı olaraq, bunu tapmaq mənim kimi insan üçün əla bir şeydir. Cihazı iş yerimə gətirdim. Tamamilə söküb saxladım. Cihazın heç bir hissəsini dəyişmədən işə saldım. Cihazı işə saldıqdan sonra parolu tapmaq üçün bir qədər çalışdım, nəhayət, 6 rəqəmli parolu tapdım. Bunun sayəsində telefon sahibinin məlumatını və nömrəsini tapdım və onunla əlaqə saxladım. Telefonu itirən şəxs telefonu tapmağıma inanmadı. Dedi, dalğıc gəldi, tapa bilmədi, necə tapdın? Düşündü ki, mən onu aldadıram. “Ona video vasitəsilə zəng edib telefonu göstərəndə mənə inandı”, söyləyib. Salih Yavuz qeyd edib ki, telefonda son videoya baxanda 2023-cü ilin avqustunda çəkildiyini görüb. Məlum olub ki, telefon 372 gün suda qalıb. Telefonu itən vətəndaş onun tapılmasına çox sevinib. Əmrəcan “Suyun təxmini dərinliyi 3 metrə yaxın idi. Dostlarımla nə qədər axtarsaq da, telefonu tapa bilmədik. Hətta dalğıc çağırdıq, gəldi, amma o da tapa bilmədi. Salih Yavuzun telefonu tapması möcüzədir”, söyləyib. Əsas möcüzə isə odur ki, uzun müddət suda qalmasına baxmayaraq, telefonun yaddaşı silinməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual