
Abdullah Ağar: PKK-nın məqsədi Türkiyəni “aldadaraq”, əsas diqqətini Suriyaya yönəltməkdir
09:18 12.05.2025
Dünya
526
“Türkiyədə “Terrorsuz Türkiyə” adı altında PKK-nın silah buraxması və sülh prosesi kimi məsələlər müzakirə olunsa da, əslində PKK-nın bu prosesdə nəyi hədəflədiyi, necə bir siyasi və strateji xətt izlədiyi çox da danışılmır. Gəlin vətənə, millətə və dövlətə hörmətlə, 40 illik mübarizəyə sadiq qalaraq bu məsələyə bir az işıq tutaq və tarixə bir qeyd düşək”.
Bunu Sherg.az-a açıqlamasında türkiyəli hərbçi və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.
O,bildirib ki, PKK-nın bu prosesdə nə istədiyinə və nəyi hədəflədiyinə diqqət yetirmək lazımdır:

“Burada əsasən yeddi məqsəd ola bilər. Birincisi siyasallaşmaq və bölücü məqsədlərinə çatmaqdır ki, PKK, topladığı tərəfdar dəstəyi ilə “demokratik muxtariyyət” və ya “demokratik konfederalizm” kimi anlayışları istifadə edərək, Türkiyənin ərazi bütövlüyünü sarsıtmaq istəyir. İkinci məsələ “Açar partiya” rolunu qorumaqdır. Bununla PKK Türkiyə siyasətində təsirli mövqeyə gəlib, partiyalara təzyiq göstərərək imtiyazlar əldə etməyə çalışır. Üçüncü məqsəd konstitusiyanı dəyişdirmək və dövlətin əsaslarını zəiflətməkdir. Onlar ana dilində təhsil, idarəçilik və məhkəmə sistemində güzəştlər əldə edib, unitar dövlət modelini parçalamaq və təsir dairəsini genişləndirmək arzusu yer alır. Digər yanaşma terrorçu kimliyindən xilas olmaqdır. Beləliklə mövcud güc və təsirini qoruyaraq leqallaşmaq, PKK və törəmələri ilə mübarizənin qarşısını almaq niyyətindədirlər”.
A.Ağar qeyd edib ki, PKK-nın əsas diqqəti Suriya üzərindədir:
“Onlar Suriya ərazisində mövcudluğunu və nəzarət etdiyi bölgələri qorumaq, Kürd əhalisi və digər etnik-dini qruplar arasında təsirini artırmaq, Türkiyənin Suriyadakı YPG/PKK varlığına qarşı hərbi əməliyyatlarının qarşısını almaq, Qərb dünyasına özünü “sekulyar, qadın hüquqlarını müdafiə edən” bir qurum kimi təqdim edərək beynəlxalq leqitimlik qazanmaq məqsədi daşıyırlar. Həmçinin vaxt keçdikcə Dəməşqə və bütün Suriyaya təsir etmək, Türkiyənin sol təşkilatlarla tətbiq etdiyi modeli Suriya daxilində, xüsusilə Alevi-Nusayri bölgələrində tətbiq edərək Türkiyəyə qarşı istifadə etmək, Aralıq dənizinə çıxış əldə etmək üçün Suriya Alevilərini təsiri altına almaq niyyətləri güdürlər. Digər Plan isə Türkiyəni beynəlxalq aləmdə mənfi göstərməkdir. Burada PKK [zünü “fərqli etnik və dini qrupların birgə yaşadığı demokratik, sekulyar bir qurum” kimi təqdim edərək, Türkiyəni “problemli, avtoritar, radikal qruplarla əlaqəli” bir ölkə kimi təqdim etmək və təzyiq altında saxlamaq istəyir”.
Ekspert əlavə edib ki, Uzunmüddətli hədəf İraq və Suriyada əldə etdiyi bölgələri birləşdirərək, gələcəkdə Türkiyəyə qarşı strateji bir üstünlük qazanmaqdır:
“Nəticə etibariylə deyə bilərik ki, PKK-nın məqsədi Türkiyəni “aldadaraq”, əsas diqqətini Suriyaya yönəltməkdir. Hazırda əsas hədəfi isə Türkiyənin Suriyada PKK-nın yaratmaq istədiyi terrorçu quruluşa müdaxilə etməsinin qarşısını almaqdır. Bu məqsədlə həm beynəlxalq, həm də yerli səviyyədə dəstək aldıqları görünür”.
Qeyd edək ki, PKK terror təşkilatı özünü buraxdığını elan edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, qərar terror təşkilatının mayın 5-7-də keçirilən 12-ci qurultayında edilib:
“Qurultay PKK-nın təşkilati strukturunu ləğv etmək və silahlı mübarizəni dayandırmaq, bununla da PKK adlı təşkilatın fəaliyyətinə son qoymaq barədə qərar qəbul edib”.
Xatırladaq ki, PKK Öcalanın çağırışına əsasən mayın 5-7-də qurultay keçirdiyini açıqlamışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm