8 Noyabr - Zəfər Günü münasibətilə Ədliyyə Nazirliyinin kollektivi Bakıdakı Zəfər parkını ziyarət edib.
Nazirlikdən Sherg.az-a verilən məlumata görə, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.