ABŞ administrasiyasının ilk böyük diplomatik tədbiri...
Yusif Nəzərli
16:16 22.01.2025
Dünya
421
Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD) qrupuna daxil olan ABŞ, Yaponiya, Avstraliya və Hindistanın xarici siyasət idarələrinin rəhbərlərinin Vaşinqtonda növbəti görüşü keçirilib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Dövlət Departamentində keçirilən görüş Marko Rubionun ABŞ-ın Dövlət katibi vəzifəsində birinci çoxtərəfli toplantısı olmaqla yanaşı, Donald Tramp administrasiyasının ilk böyük diplomatik tədbiridir. Marko Rubio həmkarları İvaya Takeşi (Yaponiya), xanım Peni Vonq (Avstraliya) və Subrahmanyam Cayşankar (Hindistan) ilə azad və açıq Hind-Sakit okean regionu üçün əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib.
Görüşün yekununa dair qəbul olunmuş bəyanatda deyilir ki, tərəflər Hind-Sakit okean regionu xalqlarının inkişafının əsasını beynəlxalq hüquq, iqtisadi imkanlar, sülh, bütün sahələrdə, o cümlədən dəniz sferasında sabitliyin və təhlükəsizliyin təşkil etdiyini vurğulayıblar. Dördlük güc yolu ilə status-kvonun dəyişdirilməsinə yönəlmiş birtərəfli hərəkətlərə qətiyyətlə qarşı olduğunu bəyan edib. Nazirlər mütəmadi əsasda dialoqu davam etdirməyi və qrupun Hindistanda keçiriləcək növbəti liderlər toplantısına hazırlıq məsələlərini müzakirə etməyi qərara alıblar.
Qeyd edək ki, QUAD Asiya-Sakit okean regionunda və Hind okeanı zonasında qarşılıqlı fəaliyyət mexanizmi kimi 2007-ci ildə təsis edilib. 2017-ci ilin noyabrında dörd ölkə Hind-Sakit okean regionunda vacib gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək strategiyası çərçivəsində yeni koalisiya formalaşdırıb. Avstraliya, ABŞ, Hindistan və Yaponiya xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib. 2021-ci ilin martında isə QUAD liderlərinin ilk sammiti virtual formatda baş tutub. QUAD liderlərinin ilk əyani sammiti 2021-ci ilin sentyabrında Vaşinqtonda, növbəti sammitlər 2022-ci ilin mayında Tokioda, 2024-cü ilin sentyabrında Uilminqtonda (ABŞ) keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual