ABŞ Estoniya ərazisində yerləşən hərbçilərinin demək olar ki, hamısını ölkədən çıxarıb. Məlumata görə, hazırda yalnız təminat və xidmət bölmələrinin kiçik bir hissəsi Estoniyada qalıb.
Teleqraf xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Bildirilib ki, ABŞ hərbi kontingentinin ölkədən çıxarılması planlı yay rotasiyası çərçivəsində həyata keçirilib. Hazırda Estoniyada əsasən texniki və təminat funksiyalarını yerinə yetirən azsaylı hərbçilər xidmət edir.
Məlumata görə, ABŞ hərbçilərinin Estoniyaya nə vaxt qayıdacağı hələ açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ müdafiə naziri Pit Heqset NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə Vaşinqtonun Avropadakı hərbi qüvvələrinin yerləşdirilməsini yenidən nəzərdən keçirəcəyini bildirmişdi.