
ABŞ ilə imzalanan saziş Ukraynanın iqtisadi müstəqilliyini və gələcəyini təmin edəcək -ŞƏRH
12:06 01.05.2025
Dünya
432
Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ-la birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişin imzalandığını təsdiqləyib.
O, bu haqda “Facebook” hesabında paylaşım edib.
Sazişə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50%-ni bu fonda verəcək.
ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.
Politoloq Turab Rzayev Sherg.az-a deyib ki, sazişin bir sıra aspektləri var:

"ABŞ Ukrayna müharibəsinə milyardlarla dollar vəsait xərcləyib və bunun yerini doldurmaq istəyir. Avropa isə müharibəyə ayırdığı məbləği qaranti altına alıb, yəni Ukraynaya borc kimi sənədləşdiriblər. Digər tərəfdən Tramp münaqişəni bitirməkdə maraqlıdır. Buna görə də çalışır ki, müharibə sona çatmamış ABŞ-nin də burada faydası olsun. Eyni zamanda faydalı qazıntılara dair saziş Kiyev üçün də əhəmiyyət kəsb edə bilər. Öncəliklə Ukraynanı yenidən qurmaq üçün trilyonlarla vəsait lazımdır. Ölkənin bütün infrastrukturu dağıdılıb, əhalisi köçüb. Əgər birgə investisiya fondu yaradılarsa, ən azından başlanğıc dövrdə böyük vəsait cəlb olunacaq. Odur ki, Ukraynanın faydalı qazıntıları istismar edilməklə həm infrastrukturu, iqtisadiyyatı tənzimlənməyə başlayacaq, həm də yeni iş yerləri yaranacaq".
Politoloqun sözlərinə görə, Tramp təkcə faydalı qazıntıları yox, limanları, nəqliyyat xətlərini, o cümlədən Zaporojye Atom Elektrik Stansiyasını da istəyir:
"Bu isə Ukraynanın enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir. Məhz ABŞ bütün bunlara investisiya qoyduqdan sonra Rusiya bombardman edə bilməz. Nəticədə sülhə olan inam və Kiyevin təhlükəsizliyi üçün qarant artır. Ümumiyyətlə sözügedən saziş Ukraynanın iqtisadi müstəqilliyini və gələcəyini təmin etməsi baxımından dəyərləndirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm