ABŞ İrana qarşı sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların genişləndirildiyini elan edib.

Teleqraf xəbər verir ki, İranın bir fiziki və 10 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edilib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşdə İranın nüvə proqramı ilə bağlı məsələnin həll olunacağına əminliyini bildirib.

Tramp daha öncə bildirib ki, İran nüvə silahı yaratmaq planlarından imtina edərsə, Ağ Ev Tehranla saziş bağlaya bilər. Onun sözlərinə görə, Tehran terrorizmə sponsorluq etməyi dayandırmalı, qanlı proksi müharibələrdən çəkinməli və nüvə silahı yaratmaq məqsədindən həmişəlik imtina etməlidir.