ABŞ müdafiə naziri: “Daşı daş üstündə qoymayacağıq...”
ABŞ müdafiə naziri: “Daşı daş üstündə qoymayacağıq...”
Yusif Nəzərli
11:41 12.04.2023
Dünya
588
“Məxfi sənədlərin sızması ilə bağlı təhqiqat ABŞ səlahiyyətliləri onları məhz kimin dərc etdiyini öyrənənə qədər davam edəcək”.
Bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin bildirib.
“Biz araşdırmanı davam edəcəyik, sənədləri kimin və hansı həcmdə sızdırdığını öyrənənə qədər də daşı daş üstündə qoymayacağıq”, - deyə Ostin qeyd edib.
Pentaqon rəhbəri sızma ilə bağlı açıqlama verən ilk yüksəkvəzifəli ABŞ hökumət rəsmisi olub. O bildirib ki, Pentaqon sənədlərin fevralın 28-də və martın 1-də dərc edildiyindən xəbərdar olub, lakin bundan əvvəl internetdə başqa sənədlərin də dərc olunub-olunmaması barədə məlumatsızdır.
“Araşdırma davam etdikcə bunu da öyrənəcəyik”, - deyə Lloyd Ostin vurğulayıb.
Hazırda müstəntiqlər ABŞ kəşfiyyatının məxfi materialını yaymaqda maraqlı olan şəxslərin adlarını müəyyənləşdirmək üzərində işləyirlər.
Diplomat və RAND (Obyektiv Təhlil və Effektiv Həllər) şirkətinin elmi əməkdaşı Uilyam Kortni 100 səhifədən çox həcmi olan Pentaqonun məxfi sənədlərinin sızmasının Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna necə təsir göstərə biləcəyi barədə danışıb.
“Ciddi səviyyədə sızma baş verib. Çox sayda ətraflı məlumatlar ortaya çıxıb ki, bunlardan biri də Ukrayna müdafiəsinin müxtəlif elementlərinin struktur komponentləri ilə bağlıdır. Lakin aşkara çıxmayan məqam əks-hücum planının özüdür. Onlar hara zərbə vuracaqlar? Nə vaxt vuracaqlar? Qərb yeni silah tədarükü ilə bağlı tələsir. Rusiya Federasiyasını çaşdırmaq və bu sənədlərin real planlar barədə təsəvvür yaratmadığını vurğulamaq üçün silah və sursatların qismən yenidən bölüşdürülməsi ola bilər”, - deyə Kortni vəziyyətlə bağlı açıqlama verib.
Mənbə: UNİAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya