ABŞ Prezidenti Fransa və Almaniyanı hədələdi

Amerika Prezidenti Donald Tramp Fransa və Almaniyanı dərmanların qiymətini artırmağa çağırıb. Əks təqdirdə bu iki ölkə üçün rüsumlar artırıla bilər.

Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə səhiyyə məsələləri üzrə köməkçiləri ilə keçirdiyi müşavirədə bildirib.

Tramp əlavə edib ki, ABŞ-də bir çox dərmanların qiyməti Avropa ölkələrinə nisbətən xeyli yüksəkdir: "Biz ABŞ sakinlərinə reseptlə alınan dərmanlar üçün bütün ölkələr arasında ən aşağı qiyməti ödəyəcəklərinə dair söz vermişik. Amma bir problemimiz var. Avropa İttifaqı ölkələri qiymətləri artırmalıdırlar. Biz onların əczaçılıq şirkətlərinə dəstək olmağa hazırıq".