ABŞ 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 sammitinə Rusiya prezidenti Vladimir Putinin mümkün iştirakı üçün hazırlıq görür.
Sherg.az xəbər verir ki, bu barədə Rusiyanın G20 üzrə nümayəndəsi Svetlana Lukaş bildirib. Putin G20-də sonuncu dəfə 2019-cu ildə şəxsən iştirak edib, sonrakı illərdə isə əsasən videobağlantı ilə qatılıb. ABŞ sədrliyinin ilk G20 görüşü 15–16 dekabrda Vaşinqtonda keçirilib.