ABŞ hakimiyyəti Kubanın keçmiş lideri Raul Kastronun həbs olunmasını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “New York Times" qəzeti məlumat yayıb.
Məlumata görə, Vaşinqton siyasətçini Venesuela lideri Nikolas Maduro kimi ələ keçirə bilər.
Prezident Donald Tramp administrasiyasına yaxın bəzi şəxslər hesab edirlər ki, belə bir seçim heç vaxt təsdiqlənməsə belə, Kastronun ələ keçirilməsi təhdidi Kuba hökumətinə ABŞ-nin tələblərinə tabe olmaq üçün təzyiq göstərəcək.