ABŞ şərq cinahında ordusunu geri çəkəcək? - Rutte

ABŞ NATO-nun şərq cinahında hərbi mövcudluğunu azaltmaq niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.

"ABŞ NATO Nizamnaməsinin 5-ci maddəsi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edir. Qoşunların çıxarılmasına gəlincə, buna dəlalət edən heç bir əlamət yoxdur”, - Rutte ona ünvanlanan suala cavabında qeyd edib.