ABŞ Türkiyənin quru əməliyyatlarına səssiz qalacaq
ABŞ Türkiyənin quru əməliyyatlarına səssiz qalacaq
Yusif Nəzərli
06:26 30.11.2022
Dünya
837
Vaşinqton Şimali Suriyada "kürd muxtariyyəti"nin yaradılmasının mümkün olmadığının fərqindədir
“Türkiyə artıq əvvəlki Türkiyə deyil”. Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O bildirib ki, Türkiyə 2 terrorçu ilə, media manipulyasiyaları ilə istiqamətini dəyişəcək bir yer olmaqdan çoxdan çıxıb: "Ölkəmizi bu səviyyəyə gətirmək üçün son 20 ildə apardığımız demokratiya və inkişaf mübarizəsinin sizlər də şahidisiniz.
“Türkiyə yüzilliyi” dediyimiz yeni bir dönəmə başlayırıq. Türkiyə artıq əvvəlki Türkiyə deyil”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da "Aspen Buxarest" Forumunda deyib ki, təhlükəsizlik anlayışı bölünməzdir:
"Təhdid haradan gəlirsə gəlsin, ona kollektiv şəkildə cavab verilməlidir. Terror Madriddə keçirilən Sammitdə qəbul olunan yekun sənəddə də iki təhdiddən biri kimi qeyd olunub. Müttəfiqlər Türkiyənin yanında olmalı və unutmamalıdırlar ki, terrorun ən çox hədəf aldığı NATO müttəfiqi elə Türkiyədir”. Bu arada məlum olub ki, YPG və PYD Rusiya hakimiyyətindən ölkənin şimal-şərqində hərəkətlərin koordinasiyası ilə bağlı rəsmi Dəməşqlə razılığın əldə olunmasında vasitəçilik etməsini xahiş edib. Terrorçu Aram Hana Rusiya nümayəndələri ilə görüşdən danışıb. Onun sözlərinə görə, həmin görüşdə ruslar Türkiyənin şərtlərini təqdim ediblər, alyans bunu rədd edib. Məlumat üçün bildirək ki, noyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya və İraqın şimalında terror təşkilatı olan PKK-ya qarşı hərbi əməliyyata başlamaq barədə göstəriş verib. 10 günlük hərbi əməliyyatlarda yüzlərlə terrorçu zərərsizləşdirilib. Türkiyənin yaxın günlərdə quru əməliyyatlarına başlayacağı da deyilir. Quru əməliyyatlarının ilk hədəfinin Ayn əl-Ərəb, Münbiç və Tel-Rıfat olacağı gözlənilir. Bu barədə “Milliyyət” yazıb.
Bildirilib ki, ABŞ və Rusiya PKK/YPG terror təşkilatına sərhəd xəttindən 30 kilometr məsafədə geri çəkilməsi üçün təzyiqləri artırıb. Qeyd edilib ki, bu, Türkiyənin tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. ABŞ-nin tələblərinə görə, terror təşkilatları 30 kilometr geri çəkilməli və bundan sonra əraziyə ABŞ hərbçiləri yerləşdirilməlidir:
“Ankara bu plana müsbət yanaşmır. ABŞ-nin ərazidə hərbi cəhətdən güclənməsi davam edir. Son 1 ayda ABŞ bölgədə 6 dəfə hərbi təminat həyata keçirib”. Qəzet yazıb ki, xüsusilə Tel–Rıfat strateji əhəmiyyətə malik ərazidir. Ona görə də ilkin hədəf kimi nəzərdə tutulub. İddialara görə, məsələ ilə bağlı ərazidəki Rusiyanın hərbi nümayəndələri ilə məsləhətləşmələr aparılır. Ekspertlərin fikrincə, antiterror əməliyyatlarının davam etməsi qardaş ölkə üçün bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi, Türkiyə bu yolla təhlükəsizlik zolağını təmin etmiş olacaq. İkincisi, Rusiya və ABŞ-yə öz sözünü deyəcək. Göstəriləcək ki, Türkiyə həmin dövlətlər olmadan da öz maraqlarını təmin edə bilir. Üçüncüsü, İstanbulun Taksim meydanında törədilmiş terror aktının qisası alınacaq.
Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı planlaşdırdığı antiterror əməliyyatı seçki öncəsi Ərdoğanın reytinqinə müsbət təsir edəcək:
"Həmçinin Türkiyə Suriyanın şimalında "kürd muxtariyyəti"nin yaradılmasının qarşısını almaqla bir növ Rusiyanın bu regionda aktivliyinin qarşısını alır. ABŞ da Türkiyənin bu əməliyyatına səssiz qalır. Vaşinqton Şimali Suriyada "kürd muxtariyyəti"nin yaradılmasının mümkün olmadığının fərqindədir. Ona görə də Türkiyə ilə ciddi qarşıdurmadan çəkinir. Şimali Suriyada nə ABŞ, nə də Rusiyanın planları baş tutur. Bu həbri əməliyyat Türkiyənin regional gücünün artmasına və Suriya ilə əlaqələrin normallaşmasına töhfə verəcək. Çünki bu əməliyyat Suriyanın da ərazi bütövlüyünün qorunmasına kömək edəcək. Artıq demək olar ki, Türkiyə rəhbərliyi Bəşər Əsədlə dialoq qurub. Bu əməliyyat rəsmi Dəməşqlə əlaqələndirilib. Əməliyyatla Suriyada kürd terror təşkilatlarının separatizminə son verilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya