ABŞ və İran dialoqu davam etdirməlidir, əks halda... - Qrossi

İran və ABŞ nüvə problemi ilə bağlı təmasları davam etdirməlidir.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi deyib.

"Biz dialoqun davam etməsini təmin etməliyik. Çünki tərəflər desələr ki, artıq bir-biri ilə danışmaq istəmirlər, o zaman vəziyyət ciddi olacaq", - Qrossi qeyd edib.