Ağ Ev: ABŞ ümid edir ki, Rusiya və Ukrayna gələn həftə...

Amerika Birləşmiş Ştatları ümid edir ki, Rusiya və Ukrayna nümayəndələri arasında gələn həftə birbaşa danışıqların yeni raundu keçiriləcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levit brifində bildirib.

“Ümid edirik ki, Rusiya və Ukrayna birbaşa danışıqlarda iştirak edəcək və gələn həftə İstanbulda müzakirələr aparacaqlar. Biz həmin görüşün baş tutacağına inanırıq. Ümid edirik ki, bu məsələ ilə bağlı irəliləyiş əldə olunacaq,” – deyə Levit vurğulayıb.

Həmin görüşdə ABŞ rəsmilərinin iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.