Ağ Ev sözçüsü: “ABŞ Cənubi Qafqazda dinc gələcəyin təmininə kömək üçün tərəflərlə çox fəal işləyir”
Yusif Nəzərli
09:51 03.12.2022
Dünya
354
“Birləşmiş Ştatlar Cənubi Qafqazda dinc gələcəyin təmininə kömək üçün tərəflərlə çox fəal işləyir”.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.
Onun sözlərinə görə, bundan əvvəl Vaşinqtonda dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələri ilə iki üçtərəfli görüş keçirilib. Həmçinin tərəflərlə telefon əlaqəsi də davam etdirilir.
“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri danışıqları sürətləndirmək, yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər”, - deyə o bildirib.
Prays əlavə edib ki, Birləşmiş Ştatlar tərəflər arasında konstruktiv atmosfer və dialoqun davamına ümid edir.
“Vaşinqton davamlı sülhün təmin edilməsinə və iki dövlət arasında problemlərin həllinə yönəlmiş diplomatik səyləri dəstəkləyir”, - deyə Ağ Ev sözçüsü sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual