Alimlər sirri ortaya çıxarıb
Yusif Nəzərli
08:22 14.04.2023
Dünya
530
"Everestdən beş dəfə hündür dağlar var"
Yer planetinin cənub yarımkürəsinin geoloji xəritəsi üzərində yeni çalışmalar aparan alimlər indiyədək naməlum olan sirri ortaya çıxarıb. “Şərq” xarici mediaya istinadən xəbər verir ki, alimlər xəritəni araşdırarkən yer nüvəsinin ətrafını sarmış qədim okean səthi aşkar edib. Bu səth ərimiş metal nüvənin üzərində qayalıq mantodan ibarətdir və 2.900 kilometr dərinlikdə yerləşir. ABŞ-nin Alabama Universitetindən geoloq Samanta Hansen “apardığımız seysmik araşdrımalar planetin daxili quruluşunu mümkün olduğu qədər görməyimizə kömək edir, nəticədə Yerin quruluşunun təxmin etdiyimizdən daha çox qarma-qarışıq olduğunu görə bilirik”, söyləyib. Cənub yarımkürədə zəlzələlərin yaratdığı seysmik dalğalardan Yerin nüvə-mantiya sərhəddi boyunca quruluşunun müəyyən olunmasında istifadə edilib. Hansen və həmkarları zəlzələlərin yaratdığı dalğaların xəritəsini çıxarmaq üçün 3 il ərzində Antarkdtidada buzla örtülü 15 müşahidə stansiyasında çalışıb. Bu dalğaların hərəkəti və sıçrama şəkli Yer daxilindəki materiyaların əlaqəsini ortaya çıxarır. Aparılan araşdırmalar Yer planetinin nüvəsinin bəzi yerlərində Everest dağından 5 dəfə hündür dağlar olduğunu müəyyən edib. Araşdırmaçılar qədim okean səthinin Yerin nüvəsini əhatə etdiyi mülahizəsini də irəli sürür, lakin bunun təsdiqini tapması üçün hələ çox tədqiqatlar aparılmalıdır. Seysmik araşdırmalar bu sirri aça bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı