Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Leypsiq/Halle hava limanında baş verən insidentdən sonra pilotsuz uçuş aparatlarına qarşı mübarizə üzrə xüsusi bölməni əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə Bild qəzeti hökumət mənbələrinə istinadən xəbər yayıb.
Məlumata görə, nazir Federal Polis İdarəsinə bölmənin əməkdaşlarının sayını təxminən 150-dən 300-ə çatdırmağı tapşıracaq. Almaniyanın müxtəlif bölgələrində operativ qərargahların sayının da 4-dən 8-ə artırılması planlaşdırılır.
Bu, mütəxəssislərə hava limanları və hərbi bazalar da daxil olmaqla strateji əhəmiyyətli obyektlərə qarşı təhdidlərə daha operativ reaksiya verməyə imkan verəcək.