Almaniya tarixində ilk: Yeni seçkilərə çağırış edildi
10:47 06.05.2025
Dünya
369
Mühafizəkarlar blokunun lideri Fridrix Mertsin Almaniya kansleri seçilmək üçün Bundestaqda səsvermədə uğursuzluğu onun koalisiyasının zəifliyini göstərir.
Teleqraf xəbər verir ki, bunu “Almaniya üçün Alternativ” Partiyasının (AfD) həmsədri Alis Vaydel deyib.
“Merts səsvermənin ilk turunda uğursuzluğa düçar olan ilk federal kanslerliyə namizəddir. Bu, vətəndaşların dəstəyini itirmiş İttifaq və SPD-nin (Xristian Demokrat Partiyası, Xristian Sosial İttifaqı və Sosial Demokrat Partiyası – red.) kiçik koalisiyasının nə qədər zəif təməl üzərində qurulduğunu göstərir”, - siyasətçi bildirib.
AfD lideri Mertsi kansler olmaq fikrindən əl çəkməyə və yeni seçkilərə yol açmağa çağırıb.
Vaydel həmçinin qeyd edib ki, bu böyüklükdə fırıldaqçılıqla hakimiyyətə gəlmək qəbuledilməzdir və Merts manipulyasiyalarının bədəlini ödəyir.
“Fridrix Merts partiyanın seçkiqabağı vədlərinə əməl etməyib və koalisiya naminə siyasi mövqelərini yumşaldıb”, - partiya rəhbəri vurğulayıb.
Xatırladaq ki, Mertsin Almaniya kansleri seçilməsi üçün Bundestaqda səsvermənin birinci turu keçirilib. 310 deputat lehinə səs verib. Seçilmək üçün 630 deputatdan 316-nın səsi lazım idi. Ölkənin əsas qanununa görə, namizəd birinci turda mütləq səs çoxluğu (50+1) əldə etmədikdə, iki həftə ərzində ikinci tur keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə