
Analitik: Avropa anlayır ki, artıq ABŞ-siz addımlar atmaq məcburiyyətindədir
10:18 12.05.2025
Dünya
418
Britaniya və Avropa rəsmiləri tezliklə birgə müdafiə və təhlükəsizlik paktını açıqlamağa hazırlaşırlar.
Bunu “The Times” yazıb.
Belə ki, Avropa İttifaqından çıxan London yenidən onun müdafiə siyasətinin bir hissəsinə çevriləcək.
Pakt bu həftənin əvvəlində təqdim oluna bilər. Qeyd olunur ki, tərəflər arasında razılaşma Britaniya ilə Avropa İttifaqının yaxınlaşmasına gətirib çıxaracaq.
Məqalədə vurğulanır kimi, London və Aİ “ən böyük təhlükə” ilə üz-üzədir və müdafiə razılaşmasına ehtiyac var. Təhdidlərin xüsusilə Ukrayna münaqişəsi ilə bağlı olduğu bildirilir. Əlavə məlumat verilmir.
Siyasi şərhçi Əziz Əlibəyli Sherg.az-a bildirib ki, mayın 9-da Avropa liderləri Ukraynaya dəstək məqsədilə bəyanatlarla çıxış etdilər:

"Onların əsas mesajı bu idi: Ukraynanın təhlükəsizliyinin təmin olunması artıq təkcə Kiyevin deyil, bütövlükdə Qərb dünyasının və xüsusilə də Avropanın məsuliyyətidir. Bu kontekstdə Avropa İttifaqı Ukrayna ilə bağlı daha ciddi və təsirli addımlar atmaq niyyətində olduğunu bildirdi. Lakin bu qərarlara paralel olaraq, ABŞ Prezidenti Donald Trampın bəzi açıqlamaları diqqət çəkdi. Onun çıxışları göstərdi ki, ABŞ və Avropa arasında Ukrayna məsələsində tam harmonik bir yanaşma yoxdur. Xüsusilə də Avropanın Rusiya Prezidenti Vladimir Putinlə diplomatik dialoqa açıq yanaşması fonunda, Vaşinqtonun sərt mövqeyi iki tərəf arasında gərginliyin mövcudluğunu ortaya qoyur. Hazırkı vəziyyətdə belə görünür ki, Avropa bir tərəfdən Rusiya ilə mümkün görüşlərin təşkili üçün zəmin yaratmağa çalışsa da, digər tərəfdən ABŞ-ın bu prosesə mane olan mövqeyi səbəbindən təşəbbüsləri tam reallaşa bilmir".
Şərhçinin sözlərinə görə, Avropa artıq anlayır ki, ABŞ-siz addımlar atmaq məcburiyyətindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm