
Analitik: Ermənistan KTMT-yə üzvlüyünə son verərsə, fərqli tonda cavabla qarşılaşacaq
12:35 24.01.2025
Dünya
532
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatına baxmayaraq, bu ölkəni hələ də özünün müttəfiqi hesab edir.
Bu barədə TASS-a qurumdakı mənbə bildirib.
“Bəli, Katiblik Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bu bəyanatından xəbərdardır. Bununla belə, biz Ermənistanı hələ də müttəfiq hesab edirik və İrəvanla iş rejimində qarşılıqlı əlaqəni davam etdiririk”, - mənbə bildirib.
Qeyd edək ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti yaydığı hesabatda İrəvanın KTMT-də üzvlüyünün dondurulması prosesini 2025-ci ildə də davam etdirəcəyini bildirmişdi.
Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a deyib ki, hazırda dünya siyasətində ciddi dəyişiklillər baş verməkdədir:

"KTMT kimi beynəlxalq təşkilat baş verənlərdən və ya verəcəklərdən az-çox məlumatlıdır. Onlar yaxşı başa düşürlər ki, formalaşan yeni reallıqlarda və çağırışlarda etməli olduqları tək şey tərəfdaşlıq itirmək deyil. Hətta bacardıqları qədər rəqib dövlətlərdən də bir neçəsini öz tərəflərinə çəkərək müttəfiqlərinin sayını artırmaqdır. KTMT görür ki, əksinə Avropa dövlətlərindən hər hansı birini tərəflərinə çəkə bilməməklə yanaşı, öz üzvü olan Ermənistan Rusiya ilə münasibətlərin pisləşməsi səbəbindən sürətlə uzaqlaşır. Bu isə təşkilatın onsuz da zəifləmiş imicini və NATO ilə müqayisədə çox aşağı olan göstəricilərini daha da mənfiyə doğru sürükləyir".
Şərhçi əlavə edib ki, Ermənistandan KTMT əleyhinə nə qədər açıq ifadələrlə qarşı fikirlər bildirilsə də, bu mövzuyla bağlı təmkinli davranmağa çalışırlar:
"Rəsmi İrəvan KTMT-dən hələ tam ayrılmayıb. Məhz bu təşkilata de-fakto rəhbərlik edən Rusiya təklənməmək və tərəfdaş itirməmək üçün Ermənistan siyasətində maksimum səbrli mövqe göstərir. Bununla yanaşı, müxtəlif siyasi diplomatik və iqtisadi təcridlərlə Nikol Paşinyanı fikrindən imtina etməyə və yenidən Rusiya ilə münasibətlərinin yaxşı müstəvisinə geri döndərməyə çalışırlar. Lakin əgər Ermənistan tərəfi artıq həm de-fakto, həm də de-yure KTMT-yə üzvlüyünə və rəsmi Moskva ilə müttəfiqliyinə son verərsə, indiki kimi yox, fərqli tonda cavabla qarşılaşacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya