
Analitik: İsrail rahatdır və BMT qətnamələrini heçə sayır
11:11 19.09.2024
Dünya
430
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstin ərazilərindən 12 ay ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni 124 səslə qəbul edib.
"Sherg.az" xəbər verir ki, sənədin lehinə 12 ölkə çıxıb, 43-ü isə bitərəf qalıb.
Qətnamədə həmçinin ölkələr İsrailin yaşayış məntəqələrindən idxal olunan məhsullara qadağa qoyulmasına çağırılıb.
Bu, Fələstin tərəfinin BMT-də bir sıra hüquqlara yiyələndikdən sonra təqdim etdiyi ilk ali sənəddir.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, BMT-nin bundan öncə də dünyanın müxtəlif nöqtələrində baş verən münaqişələrlə bağlı fərqli qətnamələri olub:

''Ancaq bunların bir çoxuna əməl olunmayıb və yaxud icrası uzun müddət ləngidilib. Ümumiyyətlə BMT-nin qətnaməsi güclü tərəflərin maraqlarına zidd olduğu təqdirdə həmin qətnamələri görməzdən gəlir. Hətta, istədiklərini əldə etmək üçün əməliyyatlara davam edirlər. Böyük ehtimal, İsrail təcrübəsində də eyni hal yaşanılacaq. İsrail müdafiə qüvvələri hazırda əməliyyat bölgəsində lokal üstünlüyə malikdir. Yəni, bunu öz məqsədlərinə çatmaq üçün istifadə edirlər. Hansısa BMT qətnaməsi onları məqsədlərindən çəkindirə bilməz. Bunun üçün İsrail qarşısında ən az özü qədər ciddi güc görməlidir. Məlumdur ki, BMT-nin güc mexanizmi, hərbi birləşmələri yoxdur. Ona görə də BMT qərarlarının icrasını yalnız diplomatik müstəvidə həyata keçirməyə çalışır. Bu halda İsrail rahatdır və BMT qətnamələrini heçə sayır. Ancaq uzun perspektivdə İsrailin öz üstünlüyündən istifadə edərək beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə məhəl qoymaması kimi faktorlar anti-İsrail mühit formalaşdıra bilər. İsrailin qarşısına çıxacaq effektiv ordu birləşmələri, silah təchizatı olduğu təqdirdə isə onlar BMT qətnamələrinə əməl etməyə məcbur qalacaq ki, münaqişələr böyüməsin. Yalnız bu halda İsrail böyük zərərə uğrayacağını hesablayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət