Analitik: Rusiya-NATO qarşıdurmasının inandırıcı deyil

Beynəlxalq siyasət arenasında Rusiya və NATO münasibətləri yenidən diqqət mərkəzinə çıxıb. Xüsusilə Almaniyanın Müdafiə Nazirinin, NATO ilə Rusiya arasında potensial müharibənin 2028-ci ildə başlaya biləcəyinə dair açıqlaması geniş rezonans doğurub. Lakin Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiyada NATO ilə qarşıdurmanın tərəfdarları yoxdur və belə bir militarist ritorika əsasən Avropa paytaxtlarından gəlir. Onun sözlərinə görə, Rusiya məcburi hallarda və qanuni maraqlarını təmin etmək üçün tədbirlər görməyə hazırdır, lakin açıq qarşıdurma ehtimalı reallıqdan uzaqdır. Görqnən odur ki, Moskvanın NATO ilə üz-üzə gəlməsi ehtimalı olduqca aşağıdır.

Politoloq Samir Hümbətov Sherg.az-a açıqlamasında Rusiya-NATO qarşıdurmasının inandırıcı olmadığını söyləyib:

"NATO-ya üzv olan Almaniyanın Müdafiə Naziri bildirir ki, NATO ilə Rusiya qarşı durmaya girə bilər. Bu inandırıcı deyil. Çünki Rusiya gücünü hesablayır. Moskva yaxşı başa düşür ki, NATO ilə qarşı-qarşıya gələcək vəziyyətdə deyi. Bu addımı atması Rusiyanı çox ciddi təhdid qarşısına qoya bilər. Hələ Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfinin ciddi irəlləməsi yoxdur. Bu mənada Rusiyanın Ukraynada əldə edə biləcəyi uğur yoxdursa, belə bir vəziyyətdə digər NATO dövlətləri ilə gərginliyin qarşısında dayana bilməz. Bu, çətin məsələdir".