Aviaşirkətin əməkdaşları Hindistanda Putini maraqla lentə alıblar

Fransanın “Air France” aviaşirkətinin Yeni Dehlinin mərkəzindəki ITC Maurya hotelində qalan əməkdaşları Rusiya Prezidenti Vladimir Putini telefonları ilə maraqla lentə alıblar.

Sherg.az xəbər verir ki, Jurnalist Pavel Zarubinin sözlərinə görə, Putinin BRICS sammiti çərçivəsində qaldığı hoteldə çalışan fransız aviaşirkətinin əməkdaşları gülümsəyərək Rusiya liderinin fotolarını çəkiblər.

Zarubin bildirib ki, əməkdaşlar özlərinin də kameraya çəkildiyini gördükdə narahat olaraq jurnalisti lentə almağa başlayıblar. O, bunu Fransada Putinə göstərdikləri marağa görə həmin şəxslərin problemlə üzləşə biləcəyi qorxusu ilə əlaqələndirib.

Jurnalistin sözlərinə görə, Avropa İttifaqının hakimiyyətləri Rusiya və onun liderini düşmən obrazında təqdim edir.