Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqlədi

Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyiblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas özünün "X" hesabında yazıb.
Onun sözlərinə görə, "qara siyahı"ya təxminən 200 tanker daxil edilib.
"Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır", - deyə Kallas əlavə edib.