Avropa ölkələri Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşmaya mane olmaq üçün Kiyevi təxribatçı addımlara sövq edə bilərlər.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.
Onun sözlərinə görə, dizel yanacağı ilə bağlı razılaşma Moskva ilə Vaşinqton arasında birbaşa təmasların ilk praktiki nəticəsidir. Rusiya ABŞ ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır.