Avropada casus qalmaqalı: 500-dən çox gizli sənəd Çinə ötürülüb
12:10 30.04.2025
Dünya
382
Avropa Parlamenti və Almaniyada casusluq qalmaqalı yaşanır. Pekinlə Avropa İttifaqı (Aİ) arasında gərginliyin aradan qaldırılması istiqamətində addımlar atılarkən, Almaniyada radikal sağçı AfD Partiyasından olan bir deputatın köməkçisinin Çinə casusluq etdiyi üzə çıxıb.
Teleqraf xəbər verir ki, Almaniya Bundestaqının deputatı Maksimilian Kraxın keçmiş köməkçisi Jian Quo Çinin xeyrinə casusluqda ittiham olunur.
Alman prokurorları Quonun “çox həssas” olaraq xarakterizə edilən 500-dən çox sənədi Çinə ötürdüyünü deyirlər.
Çin əsilli Almaniya vətəndaşı Quonun AfD siyasətçiləri haqqında məlumat topladığı və Almaniyadakı çinli müxaliflər barədə casusluq etdiyi iddia edilir. Bildirilir ki, 2019-2024-cü illər arasında toplanan sənədlərə Avropa Parlamentində aparılan danışıqlar və qəbul edilən mühüm qərarlar daxildir.
2002-ci ildən Çin Kəşfiyyat Xidmətində çalışdığı bildirilən Quonun 2024-cü ildən həbsdə olduğu vurğulanır.
2019-cu ildə Avropa Parlamentinin üzvü seçilən Maksimilian Krax casusluq qalmaqalı ilə heç bir əlaqəsinin olmadığını söyləyib.
Alman prokurorlar tərəfindən hazırlanan ittihamnamədə bir logistika xidmətində çalışan Yaqi X. kimi tanınan Çin vətəndaşı da ittiham edilib. İddiaya görə, Yaqi X. Leypsiq hava limanında hərbi göndərişlər, uçuşlar, yüklər və sərnişinlər haqqında məlumatlar toplamaqda Quoya kömək edib.
Ötən ilin sentyabrında həbs olunan 38 yaşlı Yaqi X. ABŞ-dən İsrailə hərbi yüklərin göndərilməsi barədə də Quoya məlumat ötürüb. Prokurorların sözlərinə görə, həm Yaqi X., həm də Qou sistematik olaraq Aİ və Almaniyadan Çinə məlumatlar göndəriblər.
Çin Xarici İşlər Nazirliyi məlumatın sızmasını “Çinə qarşı qarayaxma kampaniyası” adlandıraraq, məsələnin şişirdildiyini bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demet Akalına toxunan şəxsə şillə!
07:17 19.09.2026
Şou
Araqdan beyində degenerasiya baş verir
06:42 19.09.2026
Sağlamlıq
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət