Avropanın 10 mindən çox hoteli bu saytı məhkəməyə verir
16:45 07.08.2025
Dünya
311
Avropanın 10 mindən çox otelinin rəhbərliyi turizm sektorunda qlobal səviyyədə populyar olan “Booking.com” saytını məhkəməyə verməyə hazırlaşır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İddiaya əsasən, “Booking.com” öz nüfuzundan istifadə edərək 20 il ərzində bazar trendlərini öz xeyrinə dəyişməkdə ittiham olunur.
Avropa İttifaqı daxilində sektoru təmsil edən və məhkəmə prosesini başladan Avropa Mehmanxanalar, Restoranlar və Kafelər Assosiasiyası (Hotrec), artan maraq səbəbilə otel sahiblərinin iddiaya qoşulması üçün son tarixi 29 avqusta qədər uzadıb.
Avropa qonaqpərvərlik sektorunda indiyə qədər irəli sürülmüş ən böyük kollektiv iddialardan biri sayılan bu prosesə, Böyük Britaniyanın da daxil olduğu 30 milli mehmanxana assosiasiyası dəstək verir.
“Booking.com”un qanunsuz “ən yaxşı qiymət” şərtlərindən istifadə etməsi nəticəsində maliyyə itkilərinə məruz qalan otellər artıq Avropa üzrə bu təzminat təşəbbüsünə qoşulub, onların sayı 10 mini keçib,” – “Hotrec”in bəyanatında qeyd olunur.
İddiada bildirilir ki, “Booking.com”un tətbiq etdiyi “ən yaxşı qiymət” öhdəliyi otellərə güclü təzyiqlərlə qəbul etdirilib və bu, onların digər platformalarda, o cümlədən öz rəsmi saytlarında daha aşağı qiymət təklif etməsinin qarşısını alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz