Avropanın inkişafına mane olan əsas problemlər açıqlanıb
10:57 21.01.2025
Dünya
380
Avropanın patent müraciətlərinin qlobal payı ABŞ və Çinlə bərabərdir, amma dünya dəyişir.
APA-nın Davosa ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Davos İqtisadi Forumunda çıxışında Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.
Ursula von der Leyen deyib ki, son 25 ildə Avropa öz böyüməsini sürətləndirmək üçün qlobal ticarətin yüksəlişinə, Rusiyadan gələn ucuz enerjiyə arxalanıb: “Əsrin növbəti rübündə böyüməmizi davam etdirmək üçün Avropa sürətini dəyişdirməlidir. Gələn həftə Avropa Komissiyası növbəti beş il üçün yol xəritəmizi, Rəqabət Qabiliyyətlilik Kompasımızı təqdim edəcək. Diqqət innovasiya boşluğunu aradan qaldırmaqla məhsuldarlığı artırmağa yönəlməlidir. Dekarbonizasiya və rəqabət qabiliyyəti üçün birgə planı qeyd etmək istəyirəm. Bacarıqlı işçi qüvvəsi çatışmazlığını və bürokratiyanı aradan qaldırmaq lazımdır. Bu, bütün avropalıların texnoloji dəyişikliklərdən faydalana bilməsini təmin etməklə, bunu daha sürətli, daha təmiz və daha ədalətli etmək strategiyasıdır. Bu strategiyanı dəstəkləyəcək üç əsasa toxunmaq istəyirəm. Birincisi, Avropanın dərin və likvid kapital bazarına ehtiyacı var. Avropa ev təsərrüfatlarının əmanətləri demək olar ki, 1,4- trilyon avroya çatır, bu, ABŞ-da isə 800 milyard avrodan bir qədər çoxdur. Lakin Avropa şirkətləri bundan istifadə etmək və ehtiyac duyduqları maliyyəni toplamaq üçün mübarizə aparır. Daxili kapital bazarımız parçalanmış olduğundan hər il 300 milyard avroluq Avropa əmanətləri xaricə yatırılır. Bu, texnoloji startaplarımızın böyüməsini dayandıran və innovativ təmiz texnologiya sektorumuza mane olan əsas məsələdir. Bizim kapitalımız yoxdur. Bizdə əmanətləri investisiyalara çevirən səmərəli kapital bazarı yoxdur. Buna görə də biz Avropa Əmanət və İnvestisiya İttifaqı yaradacağıq. Biz Avropada edilən innovasiyaların və riskin inkişafı üçün daha çox kapital səfərbər edəcəyik. İkincisi, işi çox asanlaşdırmalıyıq. Böyük istedadlarımızın çoxu Avropa İttifaqını tərk edir, çünki onların şirkətlərini başqa yerlərdə böyütmək daha asandır. Çoxlu sayda firmalar lazımsız bürokratiyaya görə Avropaya sərmayə qoymağı dayandırır. Avropa səviyyəsində biz davamlı maliyyə və lazımi araşdırma qaydalarımızın geniş şəkildə sadələşdirilməsinə başlayacağıq. Bu gün Avropa vahid bazarında hələ də çoxlu milli maneələr var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm