Axundzadə Əfqanıstanın ali lideri olacaq
23:32 01.09.2021
Dünya
621
İran və "Taliban" hakimiyyətləri bir-birindən fərqlənir
"İran layihə olaraq Fransanın və SSRİ-nin proyekti idi, amma bu, Amerikanındır"
"ABŞ "Taliban"a 85 milyard dollarlıq silah qoyub çıxıb, bu, Çin, İran və Rusiyanın başını ağrıdacaq"
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı Molla Xibatullah Axundzadənin ölkənin ali lideri olacağını planlaşdırır. Məlumata görə, "Taliban" hakimiyyəti qismən İran modeli üzərində təşkil etmək niyyətindədir. Belə ki, ali lider dövlət başçısıdır, eyni zamanda ən yüksək siyasi və dini hakimiyyətdir. İcra hakimiyyətinə ali liderin müavinlərindən biri olacaq baş nazir rəhbərlik edəcək. Onu da qeyd edək ki, ali liderliyə namizəd olan Axundzadə heç vaxt açıq çıxış etməyib və harada olduğu bilinmir.
"Taliban"la İranın dini hakimiyyətləri arasında fərqliliyin olduğuna diqqət çəkən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə açıqlamasında bildirib ki, ümumiyyətlə, İran və "Taliban" hakimiyyətləri bir-birindən fərqlənir. Ekspert hesab edir ki, ən önəmli fərq İranda hakimiyyətə xalqın gücü ilə gəlinməsidir:
"İran layihə olaraq Fransanın və SSRİ-nin proyekti idi, amma bu, Amerikanındır. Qeyd edim ki, Amerika bilərəkdən bölgələri "Taliban"a təhvil verdi və çıxdı. Təhvil verib çıxarkən isə onlara 85 milyard dollarlıq silah qoydu. Yəni bunun normal da heç bir izahı yoxdur. Hesab edirəm ki, bunu SSRİ-ni Əfqanıstanda məğlub olub çıxdığı 1989-cu illə müqayisə edənlər yanılır. Burda heç də Birləşmiş Ştatların məğlub olub çıxmasından söhbət gedə bilməz. Onun bu qədər silah sursatı "Taliban"a verərək, döyüşmədən təslim olmasının yalnız bir anlamı var. ABŞ Çin, İran, Rusiya üçlüyünə qarşı ciddi şəkildə bir xaos yaratmağı planlayır. Və bu xaosu həmin o milyardlarla silahı qoymaqla da başa gətirmiş olacaq. Hesab edirəm ki, bu proyekt məhz budur. Bu proyekt nəticəsində yaxın dönəmlərdə taliblər bölgəyə doğru həm din, həm də terrorçu ixrac edəcəklər. Yeri gəlmişkən, ən başlıcası hər üç ölkənin ciddi şəkildə başını ağrıdacaqlar. Çünki onların əllərində olan silahlar Orta Asiyanın heç bir gücünün əlində yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə