Baqrat sevinir: Birini tapdıq, qaldı 18-i...
Yusif Nəzərli
18:15 12.05.2024
Dünya
493
Azərbaycanla delimitasiyaya qarşı etiraz aksiyası başladan və Nikol Paşinyanın impiçmenti üçün hərəkətə keçən keşiş Baqrat Qalstanyan müstəqil deputat İşxan Zakaryanın onlara qoşulduğunu elan edib.
Axar.az xəbər verir ki, o, bu haqda bu gün keçirilən mitinqdə bildirib.
Keşiş Baqrat deyib ki, Zakaryanla iki dəfə görüşüb və o, Paşinyana qarşı impiçment başlatmaq təklifini rədd etməyib.
Onun sözlərinə görə, artıq müxalifət fraksiyalarının “birinci mərhələni keçdiyini” təxmin etmək olar:
“İndi qalır iki əsas məsələ: daha 18 deputatın tapılması və baş nazirliyə namizədin müəyyənləşdirilməsi”.
Keşiş bir daha baş nazirliyə iddiasını ortaya qoyub və “xalq istəsə”, “katolikosun xeyir-duası ilə” istənilən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, baş nazirə qarşı impiçmentin başlanması üçün deputatların 1/3-nin səsi lazımdır. Ermənistan parlamentində 107 deputat var və prosesi başlatmaq üçün 36 deputat müraciət etməlidir.
Parlamentdə “Ermənistan” (Robert Köçəryan) fraksiyasının 29, “Şərəfim var” (Serj Sərkisyan) fraksiyasının isə 6 deputatı var. İşxan Zakaryan “Şərəfim var” blokundan seçilib, daha sonra isə partiyadan istefa verərək, müstəqil fəaliyyət göstərir.
Müxalif fraksiyaların ümumi deputat yeri 35 olduğundan, impiçment prosesi üçün daha bir deputat səsinə ehtiyac var. Əgər 36 deputatın imzası ilə məktub daxil olarsa, 72 saat müddətində səsvermə olmalıdır. Baş nazirə etimadsızlıq üçün parlament deputatlarının yarıdan çoxu - ən azı 54 deputat səs verməlidir.
Nikol Paşinyanın “Mülki Müqavilə” fraksiyası parlamentdə mütləq üstünlüyə (71 mandat) sahibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astanada sərnişin PUA-sı sınaqdan keçirilib
13:44 06.08.2026
Dünya
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:40 06.08.2026
Dünya
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya