Bayden ABŞ-ın İran siyasətini dəyişəcək
22:29 02.03.2021
Dünya
671
Proseslərin gedişatını bütün siyasi təhlilçilər, ekspertlər və politoloqlar gözləyir
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo “Foks” televiziyasına müsahibəsində deyib ki, amerikalılar Baydenə İranla nüvə razılaşmasına dönməyə izn verməməlidirlər. O, Bayden administrasiyasını husilərə sanksiyaları, eləcə də İrana silah embarqosunu uzatmadığı üçün kəskin tənqid edib. Pompeo İranla nüvə razılaşmasını fəlakət adlandırıb: “Biz bu razılaşmadan imtina etdik və İrana böyük təzyiq göstərdik. Ümid edirəm ki, Amerika xalqı Baydendən eyni şeyi etməyini istəyəcək”.
Mövzu ilə bağlı açıqlama verən politoloq İlyas Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun çağırışı hələ də onun hakimiyyətdə olduğu dövrdə yürütdüyü siyasətlə razılaşdığının bariz göstəricisidir. Politoloq qeyd edib ki, onun bu çıxışı yalnız hakimiyyətə bir tövsiyəsi kimi dəyərləndirilə bilər:
"İranla nüvə razılaşmasına dönməyə izn verməməklə bağlı keçmiş dövlət katibinin çağırışı bir qədər gülünc görsənir. Hesab edirəm ki, ümumən bu, tövsiyə xarakterlidir. Xatırladım ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra birtərəfli qaydada İranla olan nüvə razılaşmasından çıxması dünyada böyük rezonans doğurmuşdu. Elə həmin ərəfələrdə iranlı general Qasım Süleymaninin öldürülməsi İran ictimaiyyətində böyük narahatlıqlara və narazılıqlara səbəb olmuşdu".
İ.Hüseynov əlavə edib ki, İranın nüvə tədqiqatları ilə bağlı razılaşmalardan çıxması və İrana qarşı silah embarqosunun qoyulması Donald Trampın siyasətinin əsas xəttini təşkil edirdi: "Qeyd edim ki, onlar bu istiqamətdə kifayət qədər israrlı idilər. Hazırkı durumda isə İranla bağlı qəbul ediləcək qərarlar böyük maraq doğurmaqdadır.
Nəinki Yaxın Şərq regionunda yerləşən dövlətlər üçün, eləcə də Böyük Orta Doğu Avrasiya üçün kifayət qədər maraqlıdır. Bu məsələlərin gedişatını bütün siyasi təhlilçilər, ekspertlər və politoloqlar gözləyir. Amma eyni zamanda qeyd etmək lazımdır ki, silah embarqosu ilə bağlı BMT-də qəbul edilən qərarlar, eləcə də Təhlükəsizlik Şurasında bir-birilə müxtəlif fikir ayrılıqları, ziddiyyətlər olan tərəflərin toplandığı bir qrupda daim Çin və Rusiya İranı dəstəkləsə də, digər tərəflər ABŞ, eləcə də Böyük Britaniya bu məsələdə hər zaman israrlı olub. Nadir hallarda Çin bitərəflik nümayiş etdirib. Amma aydındır ki, İran üzərindən silah embarqosu götürülərsə, əsasən Rusiyanın İrana silah satmaq imkanları yaranacaq".
Politoloq diqqətə çatdırıb ki, ötən dövr ərzində İranın silah əldə etmək üçün xüsusi təşəbbüsləri olub:
"Silahın növləri, hansı qoşun növlərinə aid olması, eləcə də onun xüsusi namiklaturası formalaşıb. Təbii ki, İran öz üzərindən silah embarqosunun götürülməsini gözləyir. Eyni zamanda Rusiya da bunu səbirsizliklə gözləyir. Həm də Çinin burada müxtəlif maraqları var. Təbii ki, Çin əsasən iqtisadi sahədə müxtəlif fəaliyyətlər həyata keçirməkdə maraqlıdır. O, iqtisadi ekspansiyaların tərəfdarı olduğu üçün silah satışından gəlir əldə etmək onun fəaliyyətinin ikinci, üçüncü, dördüncü prioritetidir. Rusiya bu sahədə daha çox fəallıq göstərir. Çünki silah satışı Rusiyanın dövlət büdcəsinə kifayət qədər böyük gəlirlər gətirir. Ümumilikdə, İran üzərindən silah embarqosu götürüləndən sonra müxtəlif tərəflər İrana silah sata bilər. Bu fəaliyyət artıq qəbul edilir. Bundan sonra isə İranın güclənməsindən, silah əldə etməsindən narahat olan dövlətlər öz etiraz səsini təbii ki, qaldıracaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm