
BMT Baş Assambleyasında qətnamə! - “Saatlar İranın əleyhinə işləyir”
Yusif Nəzərli
13:19 21.11.2022
Dünya
886
BMT Baş Assambleyası İran əleyhinə qətnamə qəbul edib.Qətnamədə İranda insan haqlarının ciddi şəkildə pozulmasından dərin narahatlıq ifadə edilir. Ancaq bununla yanaşı, İran prezidenti Həsən Ruhaninin bəzi sahələrdə insan hüquqlarının yaxşılaşdırılması isə bağlı verdiyi vədlər, xüsusilə qadınlara və dini azlıqlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, ifadə və etiqad azadlığı ilə əlaqədar diqqət və səyləri təqdir olunur. Sənəddə həmçinin H.Ruhaninin mülki hüquqlarla bağlı təşəbbüsü alqışlanaraq, İrandan üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi üçün konkret addımlar atması istənilir.
Qeyd edək ki, bu qətnamə ötən ay BMT Baş Assambleyasının üçüncü komitəsində 83 lehinə, 36 əleyhinə və 62 ölkə bitərəf qalmaqla qəbul edilmiş sənəd əsasında təsdiqlənib. Bu qətnamənin heç bir hüquqi nəticəsi olmasa da, İrana qarşı bir qədər beynəlxalq təzyiqləri artıracaq və onu dünyadan təcrid etmiş olacaq. Qətnamə qəbul edilməmişdən əvvəl İranın BMT Baş Assambleyasındakı nümayəndəsi onu qəbuledilməz adlandırıb və ölkəsindəki reallıqları əks etdirmədiyini bildirib.

İranın daxili siyasi vəziyyətinin get-gedə pişləşdiyini deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, cənub qonşumuzun əsas planı cəmiyyətin fikrini başqa məsələlərə yönəltməkdir:
"Onlar Azərbaycana qarşı əzələ nümayiş etdirərək, daxili qarşıdurmada xarici amilin rolunu qabartmaq istəyir. Yəni dünyanı düşündürməyə çalışırlar ki, İrandakı aksiyalarda Bakının da “əli” var və onun arxasında İsrail dayanır. Amma İranın cəmiyyəti üçün, daxili səbəblərin nədən ibarət olduğu bəllidir.
Ümumiyyətlə, cənub qonşumuzun dəsti xətti o qədər uğursuzdur ki, onların bəzi rəsmiləri Azərbaycanla açıq kompromisə getmək niyyətindən kənar dayanır.
Bütün bunlar isə rəsmi Tehranın nə dərəcədə ziddiyyətli siyasət apardığını bir daha sübut edir. Yəni İran daxilindəki müəyyən qütblər anti-Azərbaycan mövqeyində qalmaqdadır. Digər qütblər isə Bakı ilə münasibətləri saxlamaq niyyətini oraya qoyurlar. Çünki müxtəlif layihələrin həyata keçirilməsi Azərbaycansız mümkün deyil.
BMT tərəfindən qəbul edilən qətnamə isə onu göstərir ki, saatlar rəsmi Tehranın əleyhinə işləyir. Son nəticədə isə uduzan tərəf İran və molla rejimi olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi