BMT: Qəzzada ən azı 1,6 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üz-üzədir

Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı hesabatına görə, Qəzzada son aylarda müəyyən yaxşılaşmalar müşahidə olunsa da, ən azı 1,6 milyon nəfər 2026-cı ilin aprel ayının ortalarınadək yüksək səviyyədə kəskin ərzaq təhlükəsizsizliyi şəraitində qalacaq.

Sherg.az-ın məlumatına görə, hesabatda bildirilir ki, bu şəxslərin 1,03 milyonu “böhran”, 571 mini “fövqəladə vəziyyət”, təxminən 1900 nəfəri isə “qıtlıq” mərhələsindədir. Ümumi vəziyyət hələ də “kritik” olaraq qiymətləndirilir.

BMT eyni zamanda Qəzzada minlərlə uşağın, eləcə də hamilə və süd verən qadınların ciddi qida çatışmazlığı riski ilə qarşı-qarşıya olduğunu, vəziyyətin isə davamlı humanitar yardımdan asılı qaldığını vurğulayıb.