Böyük Britaniyanın Baş naziri Keir Starmer müdafiə xərclərinin artırılması ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün zəruri maliyyə vəsaitini tapmaqda çətinlik çəkir.
Sherg.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, hökumət ölkənin silahlı qüvvələrinin əlavə maliyyələşdirilməsi üçün yeni mənbələr axtarır. Nəşr qeyd edir ki, bu məsələ xüsusilə müdafiə sahəsində aparılan islahatlar və hərbi xərclərin artırılması planları fonunda aktuallaşıb.
Xəbərdə bildirilir ki, müdafiə büdcəsinin genişləndirilməsi ilə bağlı müzakirələr hökumət daxilində davam edir və əlavə vəsaitin hansı mənbələr hesabına təmin ediləcəyi hələ dəqiq müəyyənləşdirilməyib.
"Politico"nun qiymətləndirməsinə görə, mövcud maliyyə məhdudiyyətləri hökumətin müdafiə sahəsində qarşıya qoyduğu hədəflərin həyata keçirilməsini çətinləşdirə bilər.