Britaniya məhkəməsi “Apple”ın 502 milyon dollar təzminat ödəməsinə qərar verib
Yusif Nəzərli
15:32 01.05.2025
Dünya
331
Böyük Britaniyanın Apellyasiya Məhkəməsi ABŞ-ın Texas ştatında yerləşən “Optis Cellular Technology” şirkətinin “Apple”a qarşı patent mübahisəsində qələbəsini tanıyaraq, texnologiya nəhəngini 502 milyon dollar birdəfəlik təzminat ödəməyə məcbur edib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, “Optis” 2019-cu ildə “Apple”a qarşı London məhkəməsində iddia qaldıraraq “iPhone” və “iPad” kimi cihazlarda istifadə olunan 4G texnologiyası ilə bağlı bəzi patentlərin hüquqlarını pozduğunu bildirmişdi.
Şirkət bu patentlərin texnoloji standartlar üçün vacib olduğunu vurğulayaraq onların istifadəsi üçün daha yüksək məbləğdə kompensasiya tələb etmişdi.
Əvvəlki məhkəmə qərarında “Apple”a daha aşağı məbləğ müəyyən olunsa da “Optis” bu qərarı apellyasiya qaydasında mübahisələndirərək fevral və mart aylarında keçirilən dinləmələrdə uğur qazanıb. Apellyasiya məhkəməsi qismən redaktə olunmuş yazılı qərarında “Apple”ın 2013-2027-ci illəri əhatə edən dövr üçün “Optis”in patentlərindən istifadəyə görə 502 milyon dollar ödəməli olduğunu bildirib. Bu məbləğ faizləri nəzərə almır və qlobal lisenziya əsasında hesablanıb.
“Apple” sözçüsü qərardan məyus olduqlarını və apellyasiyaya müraciət etməyi planlaşdırdıqlarını açıqlayıb: “Optis” heç bir məhsul istehsal etmir, onların əsas fəaliyyəti patent alıb şirkətləri məhkəməyə verməkdir. Biz onların əsassız ödəniş tələblərinə qarşı mübarizəmizi davam etdirəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm