Burda hər kəs 100 ildən çox yaşayır
16:12 21.02.2021
Dünya
504
Burada hər kəs üçün Aralıq dənizi pəhrizi vacib bir amildir
İtaliyanın Sardiniya adası dünyada yüz yaşını keçən insanların ən çox yaşadığı yer kimi tanınır.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, "Mavi Xətt" adlanan bu bölgə uzun ömürlülüyün sirrini daşıyır. Bəs, İtaliyada, xüsusən Aralıq dənizi adalarındakı insanların bu qədər uzun yaşamasının sirri nədir? Alim David Robson adanın bu hissəsində uzunömürlülüyün sirlərini araşdırır. Robsonun əsas məqsədi bu sirri açmaqdır. Adanın yeməkləri, sosial həyatı və bir çox digər mövzularda tədqiqatlar aparan Robson Sardiniyada həyat iksirini araşdırır. Xüsusilə də, Sardiniya adasında yerləşən Arzana qəsəbəsi yüz yaşını keçmiş insanların ən çox yaşadığı məkandır.
Bu kiçik qəsəbə müstəqil bir yaşayış məntəqəsidir. Tədqiqatlar Sardiniya adasında yüz yaşdan yuxarı insan sayının çox olmasını bölgənin təcrid olunmağı bacarması ilə əlaqələndirir. Əlbəttə ki, bu təcrid son vaxtlar gündəmdə olan koronavirus xəstəliyi ilə əlaqəli deyil.
Daha geniş mənada və çox uzun illər boyu yayılan bir təcriddir. Təcrid bölgə insanlarının genetik kodlarında digər bölgələrə nisbətən fərqlilik və ayrılığı da özü ilə birlikdə gətirib. Ancaq regional təcrid bu uzun ömrün sirrini izah etmək üçün kifayət deyil. Çünki dünya üzərində minlərlə ada var. Üstəlik, bir çoxu üçün orta ömür Sardiniyanın ömrünün yarısı qədərdir.
Robsonun araşdırmasına görə, bu məqamda mədəni amillər və həyat vərdişləri də meydana çıxır. Tədqiqatlar göstərir ki, ümumiyyətlə, Sardiniyada yalnız qadınlar deyil, kişilər də uzunömürlüdür.
Şübhəsiz ki, burada hər kəs üçün Aralıq dənizi pəhrizi vacib bir amildir. Üstəlik, bu coğrafi məkanda ortalama ömrün 40-50 il olduğu 17-18-ci əsrlərdə belə 100 yaşdan yuxarı insanlar yaşayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya