Çantadan çıxan 4 əşya: Zənci Musa hər kəsi ağlatdı
Yusif Nəzərli
05:39 14.12.2023
Dünya
733
Həyatını Osmanlı dövlətinin müdafiəsinə həsr edən, Trablusqarb savaşının igid döyüşçücü “Zənci Musa”nın soyadı, hansı nəslə mənsub olması bugünədək bilinmir. Onun əslən Sudandan olduğu bilinir və “Zənci Musa” adıyla tanınır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bu qəhrəmanın həyat hekayəsini təqdim edir. Musa 1880-ci ildə Krit adasındakı türk məhəlləsində anadan olub. Atasını tez itirib. Babasıyla birlikdə Qahirədə türklərin məskunlaşdığı məhəllədə yaşayıb. Burada da türk dilini yaxşı öyrənib. Boyu uca idi və onun seçilməsinə səbəb olurdu. Musa fiziki cəhətdən də sağlam olub. 1911-ci ildə Osmanlı ilə İtaliya krallığı arasında başlanan Trablusqarb savaşına babasıyla birlikdə könüllü olaraq qatılıb. Bu da onun gənc yaşlarında olmasına baxmayaraq, Vətən təəssübü çəkdiyinin sübutu idi. Bu müharibə gələcəkdə onun həyatını dəyişdirəcək insanla tanış olmasına vəsilə oldu. Zənci Musa bu savaş zamanı Osmanlıda məşhur şəxslərdən biri – Kuşçu Başı Əşrəf bəylə (Əşrəf Səncər) tanıış olub. Musa gəncdi, amma qabiliyyətli idi. 5 dil bilirdi; ərəb, fars, fransız, ingilis və türk dilini. Dil bilmək üstünlüyü onun II Əbdülhəmidin “Ulduz İstihbaratı” təşkilatının üzvlərindən biri olmasına imkan yaradıb. Ona ən çətin tapşırıqlar verilirdi və o, bu tapşırıqların öhdəsindən bacarıqla gəlirdi. Komandiri Əşrəf Səncər bir gün Musaya tapşırıq verib. Tapşırıq Yəməndəki osmanlı qüvvələrinə - 7-ci Orduya 300 min qızıl pul çatdırmaqdan ibarətdi. Həmin vaxt bölgədə ingilis əsgərləri və Osmanlıya qarşı qaldırılan bədəvi ərəblər olub. Ona görə də bu iş üçün məhz Zənci Musanın göndərilməsi lazım bilinib. Əşrəf Səncər 2 qrup təşkil edir. Bir qrupa özü rəhbərlik edir, lakin dəstə mühasirəyə düşüb, bir çoxu şəhid olub, komandir də yaralı halda əsir düşüb. Zənci Musa isə digər qrupun tərkibində olub. Zənci Musa dəvəyə minərək çölü keçib, özünü 7-ci orduya yetirib və 300 qızıl pulu orduya çatdırıb. Zənci Musa ingilis dilini bildiyi üçün ingilis əsgərlərinin arasında kölə qiyafətiylə dolaşaraq gərəkli məlumatlar toplaya bilib. Məlumatları “Təşkilati-Mahsusa” ötürüb. Kimliyi ortaya çıxanda isə Britaniya ordusunun generalı Çarlz Harinqton Musaya külli miqdarda qızıl pul müqabilində onlar üçün işləmək təklifi edib. Amma Musa əsl vətənsevər kimi nəinki bundan imtina edib, hətta bu həyasız təklifdən o qədər əsəbiləşib ki, generalı çiynindən yaralayıb. Zənci Musa Trablusqarb savaşından sonra Balkan müharibələrində, Birinci Dünya müharibəsində, Birinci Kamal Hərəkatında da iştirak edib. Müharibədən sonra məsciddə Musayla qarşılaşan Səid Paşa ona məvacib kəsəcəyini deyib. Zənci Musa isə “Paşam, yoxsul millətdən əmək haqqı almaram”, deyərək imtina edib. Səid Paşa isə İstanbul işçilər təşkilatı rəhbəri Fərid Bəydən Zənci Musaya bir iş təklif etməsini istəyib. Paşa isə Zənci Musaya işçilərə nəzarət edən vəzifəsini təklif edib, o isə yenə də ərdəmlik göstərərək “bu iş mənilik deyil, yaxşısı budur mən yükdaşıyan işləyim”, deyib. Musa ömrünün sonunadək İstanbulda “Özbəklər Təkkəsi”ndə (özbəklər xanəgahı) yaşayıb və vərəm xəstəliyindən dünyasını dəyişib. Vəfatından sonra əşyalarına baxıldığında çantasından çıxanlar hər kəsi göz yaşlarına boğub. Musanın yol çantasında "Qurani-Kərim", Əşrəf Səncərin fotosu, Osmanlı İmperiyasının xəritəsi və kəfən parçası vardı…
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol