“CBS News”: Tramp İrəvanla Bakını barışdırıb Nobel almaq istəyir
11:30 08.08.2025
Dünya
250
ABŞ Prezident Donald Tramp bu gün Ağ Evdə iki keçmiş Sovet respublikası - Azərbaycan və Ermənistan arasında sülh paktını elan etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “CBS News” mənbələrə istinadla məlumat yayıb.
Nəşr ABŞ prezidentinə istinadla yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan “Tarixi Sülh Sammiti və Sülhün İmzalanma Mərasimi” üçün Ağ Evdə olacaq.
“CBS News”a danışan mənbələr bildiriblər ki, Əliyev və Paşinyan Oval ofisdə keçiriləcək tədbirlərdə iştirak edəcək.
“İki dövlət başçısı arasında ilk ikitərəfli sazişin imzalanması ABŞ-nin iki ölkə ilə enerji və tranzit kimi sahələrdə iki ölkə ilə əlaqələri dərinləşdirməyə çalışdığı vaxta təsadüf edir”, - mənbə bildirib.
İki rəsmi nəşrə deyib ki, Ermənistan Qərbə çıxışı təmin edəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılacaq 43 kilometrlik tranzit dəhlizində ABŞ-nin nəzarətini elan etmək niyyətindədir.
Təhlilin davamında qeyd edilib:
“Azərbaycan Rusiya ilə həmsərhəddir və neft-qazı Rusiyadan keçmədən Ukraynaya göndərmək potensialına malikdir. Mənbələrə görə, sülh sazişi malların Rusiya və ya İrandan keçmədən Qərbə daşınması üçün marşrutlar açacaq”.
Materialda Trampın Ermənistan-Azərbaycan barışığından bir başqa gözləntisinə də diqqət çəkilib:
“Mənbələrin dediyinə görə, cənab Trump, sülh sazişlərinin imzalanmasındakı roluna görə özəl olaraq Nobel sülh mükafatına maraq göstərdiyini söyləyib. Prezidentin mətbuat katibi Kerolayn Lavitt də Trampın ona layiq görülməsinin zamanının çoxdan keçdiyini bildirib”.
Nəşr yekunda qeyd edib ki, ABŞ rəsmiləri aylardır Ermənistan-Azərbaycan müqaviləsi üzərində işləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət