Cənubi Koreyanın keçmiş prezidentinə hökm oxundu

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol beş il müddətində azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məhkəmə Yun Sok Yolu vəzifə səlahiyyətlərindən sui-istifadə və həbsə mane olmaq ittihamı ilə həbs cəzasına məhkum edib.

Qeyd edək ki, 3 dekabr 2024-cü ildə Yun Sok Yol Cənubi Koreyada hərbi vəziyyət elan etmişdi. Əsassız hərbi vəziyyətə görə dekabrın 14-də parlament ona impiçment elan edib. Yanvarın 15-də üsyanda ittiham olunan prezident həbs olunub. O, mart ayında azadlığa buraxılıb. Aprel ayında Koreyanın Konstitusiya Məhkəməsi prezidentin impiçmentini yekdilliklə təsdiqləyib.