CHP sədri Özgür Özələ hücum edən şəxs həbs edilib

CHP sədri Özgür Özələ hücum etməkdə şübhəli bilinən Səlcuq Tengioğlunun məhkəməsi olub.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o, hakimin qərarına əsasən, ictimai vəzifəsini yerinə yetirən şəxsə qəsdən xəsarət yetirmək ittihamı ilə həbs edilib.