Çilili deputat: “Azərbaycanın təcrübəsi Sakit Okean Alyansına üzv ölkələr üçün əhəmiyyətlidir”
Yusif Nəzərli
07:50 08.07.2022
Dünya
491
“Azərbaycanın energetika və infrastruktur sahəsində təcrübəsi Latın Amerikası və Sakit Okean Alyansı ölkələri üçün əhəmiyyətlidir”.
Bunu “Report”a müsahibəsində Çili parlamentinin üzvü Tomas de Rementeria bildirib.
Onun sözlərinə görə, Çili və Azərbaycan parlamentləri arasında əməkdaşlıq üçün ümumi sahələr var və deputatlar bu istiqamətdə işləyəcəklər: “İqtisadiyyat, təhsil, texnologiyalar, mədəniyyət və siyasət kimi sahələrdə əməkdaşlıq etməyə imkan verən münasibətlər qura bilərik”.
Deputat Sakit Okean Alyansı çərçivəsində əməkdaşlıqdan danışaraq deyib ki, Çili bu ticarət bloku çərçivəsində Azərbaycan ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır: “Azərbaycan bizim üçün mühüm tərəfdaşdır. Azərbaycan – Yaxın Şərq və Mərkəzi Asiya arasında çox mühüm geostrateji mövqeyə malik ölkədir. Azərbaycanın energetika və infrastruktur sahəsində təcrübəsi Latın Amerikası, xüsusilə də Sakit Okean Alyansı ölkələri üçün əhəmiyyətlidir”.
Xatırladaq ki, Çili parlamentinin deputatlarından ibarət nümayəndə heyəti bu il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda iştirak etmək üçün Bakıda səfərdə olub.
Ticarət bloku olan Sakit Okean Alyansına dörd Latın Amerikası ölkəsi – Meksika, Peru, Çili və Kolumbiya daxildir. Azərbaycan təşkilatda müşahidəçi qismində təmsil olunur.
Ötən ilin dekabr ayında Sakit Okean Alyansının Bakıda ofisi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya