Çin ordusu Tayvan ətrafında hərbi təlim keçirir

Çin Xalq Azadlıq Ordusunun Tayvan sahillərində keçirdiyi hərbi təlimlər ölkənin suverenliyini qorumaq üçün zəruri tədbir və onun daxili işlərinə xarici müdaxiləyə birbaşa cavabdır.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Sian deyib.

“Bunlar milli suverenlik və ərazi bütövlüyünün qorunması üçün zəruri tədbirlər, eləcə də Çini cilovlamaq, adanı silahlandırmaq və boğazdakı vəziyyəti təhlükəli müharibə həddinə çatdırmaq üçün Tayvandan istifadə etməyə çalışan xarici qüvvələrin hərəkətlərinə qətiyyətli cavabdır”, - o vurğulayıb.