
Consonun Kiyev səfəri! - Moskvaya mesaj:“Ukraynanın məğlubiyyətinə imkan verməyəcəyik”
Consonun Kiyev səfəri! - Moskvaya mesaj:“Ukraynanın məğlubiyyətinə imkan verməyəcəyik”
Yusif Nəzərli
13:04 11.04.2022
Dünya
862
Böyük Britaniyanın Baş naziri Boris Conson aprelin 9-u Kiyevdə səfərdə olub. “UNIAN” xəbər verir ki, Baş nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Səfərin əvvəlcədən planlaşdırılmadığı bildirilib. Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələri dəfələrlə danışıqlar masasına əyləşib. Lakin müzakirələr nəticə verməyib.
Şimal qonşumuz ordusunu Ukraynanın bəzi şəhərlərdindən geri çəksə də, Odessaya yenidən hücumlar planlaşdırır. Belə bir məqamda Böyük Britaniya baş nazirinin Kiyevə səfərinin strateji əhəmiyyəti olmamış deyil. Bir sözlə, nə Rusiya mövqeyindən çəkilir, nə Ukrayna, nə də Ukraynaya açıq dəstək verən Qərb orbiti. Görünür, Rusiya-Ukrayna müharibəsinin “xəmiri hələ çox su aparacaq”.
Maraqlıdır, bu yolun sonu görünürmü? Savaşın “ən zəif bəndi” kim olacaq?

B.Consonun Kiyev səfərinin məqsədli şəkildə olduğunu “Sherg.az”a izah edən politoloq Elxan Şahinoğlu müharibənin hələ bitməyəcəyini vurğulayıb:
“Rusiya işğalçı siyasətindən imtina etmir. Ukraynanın Qərbin hərbi dəstəyinə ehtiyacı artıb. Əgər müharibə başlayanda müdafiə xarakterli silahlar verilirdisə, indi Avropa anlayır ki, rəsmi Kiyevin uğur qazanması üçün hər cür silah verilməlidir. Əslində, B.Consonun Kiyevə səfərinin məqsədi bu idi ki, oraya dəstək artırılmalıdır. Bu, həm mənəvi dayaq, həm də rəsmi Moskvaya mesaj idi. Onlar “şimal ayısı”na bildirirlər ki, Kiyev işğal edilə bilməz və biz onun məğlub olmasına imkan verməyəcəyik. Amma Ukrayna ordusundan gələn son xəbərlərə görə, Rusiya Xarkova hücumu genişləndirib. Bu, o deməkdir ki, həm işğal davam edəcək, həm də bir müddət müharibə hökm sürəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi