Davos İqtisadi Forumu: Azərbaycan hər il tədbirdə ən yüksək səviyyədə təmsil olunur
10:12 21.01.2025
Dünya
350
Davos Dünya İqtisadi Forumu işinə başlayıb.
Beynəlxalq səviyyədə ən mühüm tədbirlərdən olan Forum bir sıra ölkə liderini, əsas beynəlxalq aktorları və ekspertləri bir məkanda birləşdirən nəhəng hadisədir.
Hər il İsveçrənin Davos şəhərində təşkil olunan tədbir çərçivəsində qlobal iqtisadi inkişafın vacib problemləri, dünya iqtisadiyyatında əsas meyllər müəyyən edilir, növbəti il üçün bir növ vəzifələr təyin edilir.
Bu il yanvarın 20-dən 24-nə qədər keçiriləcək Davos İqtisadi Forumuna da 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı qatılacaq. Forumda, həmçinin, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri iştirak edəcəklər. İclasda ümumilikdə 3 minə yaxın insanın iştirakı gözlənilir.
Beş gün ərzində iştirakçılar qlobal iqtisadiyyatda yeni artım mənbələrini, biznes strategiyalarının əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə alınmaqla uyğunlaşdırılması, insan kapitalının inkişafına sərmayə qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılmasını müzakirə edəcəklər. Bununla yanaşı, tədbir zamanı ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, eləcə də beynəlxalq səviyyədə həllərin işlənib hazırlanması üçün yeni əməkdaşlıq yollarının axtarışı məsələlərinə baxılacağı gözlənilir. Digər əsas mövzu süni intellekt olacaq ki, forumda onun da tənzimlənməsi məsələləri qaldırılacaq.
Davos Dünya İqtisadi Forumu hər il qlobal miqyasda mühüm iqtisadi, siyasi və sosial məsələlərin müzakirə edildiyi platformaya çevrilib. Bu forumda qlobal iqtisadi trendlər, texnoloji yeniliklər, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və sosial məsələlər müzakirə olunur.
Bu tədbirin ölkəmiz üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycanın adı Forumun fəal ölkələri sırasında öndə gəlir. Prezident İlham Əliyev hər il Forumun işində aktiv iştirak edir, Azərbaycan lideri bu qlobal iqtisadi tədbirin ən nüfuzlu qonaqları sırasındadır.
Dövlət başçısının hər il bu nüfuzlu tədbirə dəvət olunması onun dünya liderləri arasında tutduğu yüksək mövqenin göstəricisidir. İlham Əliyev rəhbərliyi ilə Azərbaycanın uğurları, strateji layihələri və əməkdaşlıq perspektivləri Forum çərçivəsində dünyaya çatdırılır. Ölkə başçısı öz iqtisadi, siyasi və sosial strategiyalarını geniş formatda təqdim edir. Bir mərama da diqqət yetirmək lazımdır ki, İlham Əliyev hər il Forumda iştirakı zamanı ayrı-ayrı ölkələrin liderləri ilə yanaşı, dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri, tanınmış iş adamları ilə çoxsaylı görüşlər keçirir, beynəlxalq miqyaslı media qurumlarına, jurnalistlərə müsahibələr verir.
Hazırda da Prezident İlham Əliyev Davos şəhərindədir və Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirir.
Əminliklə demək olar ki, bu il də istisna olmayacaq və dövlət başçısı forumda bir sıra beynəlxalq məsələlərdə Azərbaycanın mövqeyini nümayiş etdirəcək, bir sıra ictimai-siyasi və iqtisadi məsələlərin həlli ilə bağlı uğurları, təcrübəsini və planlarını bölüşəcək.
Bütün dünyanın diqqəti hazırda Davosa yönəlib. Mövcud qlobal geosiyasi vəziyyəti nəzərə alsaq, bu miqyasda baş verən hadisələr gərginliyin azaldılmasında, qlobal iqtisadi və siyasi proseslərin sabitləşdirilməsində mühüm rol oynaya bilər. Öz növbəsində, şübhəsizdir ki, Azərbaycan da bu kontekstdə Dünya İqtisadi Forumunun fəal iştirakçısı kimi qlobal problemlərin və bütün dünyanın ehtiyac duyduğu vəzifələrin həllinə öz töhfəsini verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya