
Dehlinin şübhəli ittihamı: Hindistanın məqsədi Kəşmir bölgəsini tamamilə nəzarətə almaqdır -RƏY
13:00 01.05.2025
Dünya
412
Asif Nərimanlı: Hindistan Trampın hakimiyyətə gəlişindən istifadə edərək Kəşmir məsələsini həll etmək istəyir
Cənubi Asiyada Hindistanla Pakistan arasında yenidən artan gərginlik fonunda rəsmi İslamabad beynəlxalq ictimaiyyətə çağırış edərək, baş verən son terror hadisəsinin obyektiv və müstəqil şəkildə araşdırılmasını tələb edir. Pakistanın Baş naziri BMT Baş katibi ilə telefon danışığında Hindistanın məsuliyyətsiz və tələsik ittihamlarını kəskin tənqid edib. İslamabadın bildirdiyinə görə, hadisənin üstündən cəmi 30 dəqiqə keçməsinə baxmayaraq, Dehlinin birbaşa Pakistanı günahlandırması şübhəli və qərəzli yanaşmadır. Hindistan Pakistanı bu hadisə ilə əlaqələndirmək üçün beynəlxalq ictimaiyyətə heç bir dəlil təqdim edə bilməyib. Pakistan rəsmiləri Hindistan hökumətinin daxili siyasi maraqlar üçün regionda süni gərginlik yaratdığını, xüsusilə də baş nazir Narendra Modinin qarşıdan gələn seçkilər öncəsi nüfuzunu artırmaq üçün 2019-cu ildə olduğu kimi yenidən oxşar ssenarilərə əl atdığını bildirir. Bundan əlavə, Hindistan parlamentində yaxın günlərdə qəbul olunmuş və müsəlman fondlarını dövlət nəzarətinə verən qanunun ölkədə sosial parçalanmaya səbəb olduğu, Hindistan hökumətinin isə diqqəti yayındırmaq məqsədilə Pakistanla qarşıdurmanı körüklədiyi iddia olunur.
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a söyləyib ki, zaman-zaman Kəşmir ərazisində silahlı qruplaşmalar tərəfindən həyata baş verən terror hadisəsi kimi proseslər keçirilib:

“Lakin Hindistanın verdiyi reaksiya terror hadisəsinin arxasında onların dayandığı ehtimalını ortaya çıxarır. Çünki Kəşmir bölgəsi təhlükəsizlik baxımından Hindistan qüvvələrinin nəzarətindədir. Sual ortaya çıxır ki, Hindistan tərəfinin bu qədər nəzarətinə rəğmən silahlı şəxslər heç bir problem olmadan necə terror aktı törədirlər. Pakistan tərəfinin mövqeyi bu cəhətdən haqqlıdır. Pakistanın ilk gündən əsas tələbi terror hadisəsinin obyektiv şəkildə araşdırılmasıdır. Hindistan isə hadisənin baş tutmasından dərhal sonra Pakistanı ittiham etdi. Hindistanın məqsədi belə hadisələrdən istifadə edərək Kəşmir bölgəsini tamamilə nəzarətə almaqdır. Son vaxtlar Hindistan daxili siyasətində belə müəyyən preseslər baş verir. Hindistanın Baş naziri Narendra Modi son seçkilərdə hakimiyyəti tam götürə bilmədi və koalisiya höküməti qurdu. Belə bir prosesdə ölkə daxilində nəzarəti gücləndirmək üçün Hindistanın yeganə seçimi sözügedən hadisə ola bilər. Hesab edirəm ki, iki tərəf arasında anlaşma əldə olunmasa, Cənub-Şərqi Asiya bölgəsində daha böyük toqquşma yaranar. Ən önəmli məsələlərdən biri geosiyasi müstəvidə baş verən hadisələrdir ki, diqqətdən kənarda qalmamalıdır. Tramp hakimiyyətinin Amerikada mövcudluğu Hindistana sərf edir. Tramp ilk prezidentliyi dövründə də Hindistanın yanında idi. Hindistan Trampın hakimiyyətə gəlişindən istifadə edərək Kəşmir məsələsini həll etmək istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm