Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayış olub, ölənlər var - YENİLƏNİB

Suriyada rəsmi səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında baş vermiş partlayışla bağlı yeni məlumatlar ortaya çıxıb.

"Əl-Hədəs" məlumat yayıb ki, hotelin yaxınlığında partlayıcı quraşdırılmış avtomobil partladılıb.

Məlumata görə, Fransa prezidenti partlayış baş verməzdən az əvvəl həmin ərazini tərk edib.

Hadisədən sonra şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, hakimiyyət orqanları Dəməşqin bir sıra yollarını bağlamağa başlayıb.

Partlayış nəticəsində itkilərin olduğu bildirilib.

Hadisə ilə bağlı artıq Fransa tərəfi də açıqlama yayıb. Yeliseydən verilən açıqlamada bildirilir ki, Makron heç bir partlayış səsi eşitməyib.

***

11:43

Dəməşqdə partlayışlar Suriyada rəsmi səfərdə olan Fransa prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında baş verib.

Bu barədə anonim təhlükəsizlik mənbəsi “Reuters“ə məlumat verib.

Partlayışın partlayıcı qurğuların işə salınması nəticəsində baş verdiyi bildirilir.

***

11:35

Suriyanın paytaxtı Dəməşqdə partlayışlar baş verib.

Bu barədə “Reuters“ xəbər verir.

Partlayışların səbəbi və harada baş verməsi hələlik məlum deyil.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron hazırda Suriyada rəsmi səfərdədir.