Dünyanın ən yaşlı rəhbəri, 93 yaşlı Kamerun Prezidenti Pol Biya iki aydan çoxdur ki, ölkədən kənardadır.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Məlumata görə, Biya iyunun 7-də Kamerunu tərk edərək Avropaya qısamüddətli şəxsi səfərə çıxdığını elan edib. Lakin səfər uzanıb. Bütün bu müddət ərzində dövlət başçısı ictimaiyyət qarşısında görünməyib.
Müxalifət nümayəndələri iddia edirlər ki, prezidentin uzun müddətdir yoxluğu hakimiyyət boşluğu yaradıb və dövlət işləri faktiki olaraq avtomatik rejimdə aparılır.
Qeyd edək ki, Pol Biya 1982-ci ildən Kameruna rəhbərlik edir