Dünyaya bu iki dövlət liderlik edə bilər - Bayden

“Əgər ABŞ qlobal liderliyi əlində saxlaya bilməsə, Rusiya və ya Çin qlobal liderliyi ələ keçirə bilər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Co Bayden deyib.

“Əgər biz liderlik etməsək, dünyaya kim liderlik edəcək? Rusiya? Çin?”, - o qeyd edib.

Co Bayden Donald Tramp administrasiyasını ABŞ-nin hazırkı roluna sadiq qalmağa çağırıb: “Çünki ABŞ dünya qarşısında borcludur və bunu həyata keçirmək imkanına malikdir”.